Peruda zəlzələ olub: ölən və xəsarət alanlar var - YENİLƏNİB

Peruda zəlzələ olub: ölən və xəsarət alanlar var - YENİLƏNİB Zəlzələ zamanı 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb
Digər ölkələr
12 Avqust , 2017 05:06
Peruda zəlzələ olub: ölən və xəsarət alanlar var - YENİLƏNİB
Today.kz

Bakı. 12 avqust. REPORT.AZ/ Perunun cənubunda baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Arekipa departamentinin qubernatoru Yamilu Osorioya istinadən məlumat yayıb.

Onun sözlərinə dörə, zəlzələ yollarda sürüşmələrə səbəb olub. Bu zaman 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Departament rəhbəri əlavə edib ki, yerli hakimiyyət orqanları təbii hadisənin nəticələrini aradan qaldırmaqla məşğuldur. 


***03:03

Peruda 5,6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:45-də, Kamana şəhərindən 89 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 34,7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi