Bazar gününə keçən gecə Perunun şimalında baş vermiş 8 maqnituda gücündə zəlzələ nəticəsində azı bir nəfər həyatını itirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyətlər zamanı Milli Müdaxilə Mərkəzinə istinadən yerli "La República" qəzeti yazıb.
Bildirilir ki, kişi Kaxamarka bölgəsində başına daş düşməsi nəticəsində ölüb. Həmçinin ölkənin müxtəlif rayonlarında 11 nəfər xəsarət alıb.