Yuxarı
    Bağlamaq

    Peruda təyyarə enişi zamanı baş vermiş insident zamanı 26 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

    Hava limanına bir neçə yanğınsöndürən dəstəsi cəlb edilib© Courtesy İmage

    Bakı. 29 mart. REPORT.AZ/ Peruda sərnişin təyyarəsinin enişi zamanı baş vermiş insident zamanı 26 nəfər xəsarət alıb.

    "Report"un məlumatına görə, bu barədə " La Republica" qəzeti xəbər verib. 

    Xəbərdə bildirilir ki, onlar arasında 1 uşaq da var. Sərnişinlərdən biri xəstəxanaya yerləşdirilib. Onun adı açılanmır.



    ***04:16

    Peruda sərnişin təyyarəsi eniş zamanı yanıb.

    "Report"un məlumatına görə, bu barədə "RPP" portalı xəbər verib.

    Xəbərdə bildirilir ki, hadisə Xauxa şəhərinin hava limanı ərazisində baş verib. Qəza zamanı "Peruan Airlines"ə məxsus "Boeing-737" təyyarəsinin göyərtəsində 138 sərnişin olub. İnsident nəticəsində sərnişinlərdən 3-ü yüngül xəsarət alıb.

    Hava limanına bir neçə yanğınsöndürən dəstəsi cəlb edilib. "Boeing-737"i eniş zolağında tüstü bürüyüb.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məllum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi