Peruda sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan həlak olub

Peruda sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan həlak olub Perunun Parobamba rayonunda ağır yol qəzası baş verib
Digər ölkələr
13 Aprel , 2021 04:44
Peruda sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan həlak olub

Perunun Parobamba rayonunda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə yerli bələdiyyə orqanı feysbukda bildirib.

Məlumata görə, sərnişin avtobusu yoldan çıxaraq aşıb. Hadisə nəticəsində azı 20 sərnişin həlak olub.

"Qəza nəticəsində 18 nəfər hadisə yerində həlak oldu", - xəbərdə bildirilir.

Qeyd edilir ki, hadisə zamanı xəsarət almış daha iki nəfər xəstəxanaya aparılarkən yolda ölüb. Qəza nəticəsində daha 14 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi