Yuxarı
    Bağlamaq

    ​Peruda sərnişin avtobusu aşıb, 12 nəfər ölüb

    Faciə Panamerika magistralında baş verib

    Bakı. 15 may. REPORT.AZ/ Peruda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ən azı 12 nəfər ölüb.

    "Report" xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir.

    "El Comercio" portalı yazır ki, faciə Panamerika magistral yolunda baş verib. Sərnişin avtobusu naməlum səbəbdən yoldan çıxıb və çevrilib.

    Ölənlər arasında iki uşaq və şəxsiyyəti hələ ki, məlum olmayan bir əcnəbi var. Avtobus Truxilyo şəhərindən paytaxt Limaya gedirmiş. Onun içində 45 nəfər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi