Peruda qızıl mədəninin uçması nəticəsində 2 nəfər ölüb

Peruda qızıl mədəninin uçması nəticəsində 2 nəfər ölüb Faciə zamanı daha bir nəfər yaralanıb
Digər ölkələr
1 Fevral , 2017 01:58
Peruda qızıl mədəninin uçması nəticəsində 2 nəfər ölüb

Bakı. 1 fevral. REPORT.AZ/ Perunun Ayakuço regionunda mədənin uçması nəticəsində ən azı iki nəfər ölüb, daha bir nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Pauka-del-Sarasara əyalətinin polis rəisi Migel Rivera məlumat verib.

"Çərşənbə axşamı "Inmacular" şirkətinə məxsus 4420 saylı mədən dəhlizində uçqun baş verib, şirkət özü bizə iki nəfərin öldüyü barədə məlumat verib", - deyə Rivera RPP radiosuna bildirib.

Mədən qızıl və gümüş hasilatı ilə məşğuldur. Faciənin səbəbləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi