Peruda Putinə toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb

Peruda Putinə toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb O, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və ifadə vermək üçün polisə aparılıb
Digər ölkələr
28 Noyabr , 2016 01:33
Peruda Putinə toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Peruda Rusiya Federasiyasının prezidenti Vladimir Putinə yaxınlaşaraq ona toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə qadın özü yerli "RPP" radiostansiyasının efirində məlumat verib.

Xulia Kastro adlı qadın bildirib ki, paltar istehsalı sahəsində kiçik biznesi var. Onun Rusiya prezidentinə bağışlamaq istədiyi sviter öz müəssisəsi tərəfindən istehsal edilib.

Qadın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və ifadə vermək üçün polis bölməsinə aparılıb.

Xulia Kastro bu ölkədə keçirilən sammit çərçivəsində "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Çukerberqlə də görüşdüyünü deyib. 

Son xəbərlər

Orphus sistemi