Peru Prezidenti Pedro Kastilo aprelin 5-dən ölkə paytatxı Limada komendant saat elan edib.
“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, saat 02.00-dan 11:59-dək küçəyə çıxmaq qadağan edilib.
Məlumata görə, bu addımın atılmasına səbəb olaraq yanacaq və gübrənin qiymətinin bahalaşmasına etiraz olaraq keçirilən etiraz aksiyaları göstərilir. Etirazçılar Limaya gələn yolları bağladıqları üçün paytaxtda ərzaq məhsullarının qiyməti bahalaşıb.
Agentlik qeyd edib ki, aksiyalar artıq ikinci həftədir davam edir. Etirazçılarla polis arasında toqquşma baş verib. Hökumət toqquşmalar nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb.
Peru hökuməti gübrənin qiymətinin bahalaşması ilə əlaqədar kənd təsərrüfat sahəsində fövqəladə vəziyyət elan edib.