Peruda bazar günü baş verən zəlzələ zamanı üç yaşlı uşaq ölüb.
“Report”
"Bizim bir qurbanımız var - üç yaş 10 aylıq uşaq", - o deyib.
Boorkesin sözlərinə görə, zəlzələ zamanı uşaq dağıntılar altında qalaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Faciə Kondorkanki əyalətində baş verib.
Daha əvvəl Peru hakimiyyəti yalnız zəlzələ qurbanları haqqında məlumatlara malik idi. Boorkesin sözlərinə görə, təbii hadisə zamanı 16 nəfər yaralanıb. Zəlzələ 100-dən çox evi dağıdıb, 1 000-dən çox binaya ziyan dəyib.
Qeyd edək ki, zəlzələ bazar günü səhər Perunun şimalında 7,3 bal gücündə baş verib, daha sonra maqnitudası 7,5-ə yüksəlib. Zəlzələnin episentri Barranka şəhərindən 45 km şimal-qərbdə (təxminən 5 min nəfər) və təxminən 117 min nəfərin yaşadığı Loja şəhərindən 269 km şərqdə yerləşib. Zəlzələnin ocağı 110 km dərinlikdə yerləşib, sunami təhlükəsi elan edilməyib.