Peruda 60 sərnişini daşıyan avtobus uçurumdan aşıb.
“Report” xəbər verir ki, bu barədə yerli “RPP” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsi Pan-Amerika magistralının 121-ci km-də uçuruma düşüb.
KİV-in məlumatına görə, 25 nəfər qəzanın qurbanı olub, hüquq-mühafizə orqanlarından ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.
İlkin versiyaya görə, sürücü yolun dik yamaclı hissəsində idarəetməni itirib. Faciə gecə saatlarında baş verib. Polis qəzanın səbəblərini araşdırır.