Yuxarı

​Peruda 96 polis əməkdaşı cinayətkarların qətlində şübhəli bilinir

On altı böyük və səksən kiçik zabit cinayətdə şübhəli bilinən ayrı-ayrı şəxsləri öldürüb

Bakı. 2 avqust. REPORT.AZ/ Peruda 96 polis əməkdaşı cinayətkarların öldürülməsində şübhəli bilinir.

"Report" xəbər verir ki, bu barədə "La Prensa" portalı məlumat yayıb.

Portalın məlumatına görə, polis əməkdaşları şübhəli şəxs qismində təhqiqata cəlb olunub. Söhbət 2011-2015-ci illəri əhatə edən dövrdən gedir.

Hansı ki, həmin dövrə yerli polisin 16 böyük və 80 kiçik zabiti cinayətdə şübhəli bilinən ayrı-ayrı şəxsləri öldürüblər.

Polislər qətllərdən sonra rəhbərliyə bildiriblər ki, guya cinayətkarlar əmrə tabe olmaqdan imtina edərək silahlı müqavimət göstəriblər və buna görə məhv ediliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi