Peruda 5,6 bal gücündə zəlzələ olub

Peruda 5,6 bal gücündə zəlzələ olub Zəlzələ episentrdə intensivliyinə görə "çox güclü" qiymətləndirilib
Digər ölkələr
4 May , 2017 07:17
Peruda 5,6 bal gücündə zəlzələ olub
Courtesy İmage

Bakı. 4 may. REPORT.AZ/ Peruda 5,6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan filialına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar ölkənin cənub hissəsində qeydə alınıb.

Zəlzələnin episentri 16.03 dərəcə cənub eni və 73.38 dərəcə qərb uzunluğunda, Arekip şəhərindən 201 kilometr qərbdə yerləşib.

Zəlzələ episentrdə intensivliyinə görə "çox güclü" qiymətləndirilib. 

Son xəbərlər

Orphus sistemi