Peru Prezidenti Baş naziri istefaya göndərməkdən imtina edib

Peru Prezidenti Baş naziri istefaya göndərməkdən imtina edib Peru Prezidenti Xose Pedro Kastilyo Terrones iki gün əvvəl ona müvafiq bəyanat göndərən Nazirlər Şurasının sədri Anibal Torres Vaskesin istefasını qəbul etmədiyini bildirib.
Digər ölkələr
6 Avqust , 2022 07:59
Peru Prezidenti Baş naziri istefaya göndərməkdən imtina edib

Peru Prezidenti Xose Pedro Kastilyo Terrones iki gün əvvəl ona müvafiq bəyanat göndərən Nazirlər Şurasının sədri Anibal Torres Vaskesin istefasını qəbul etmədiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.

“Ölkəmizin rifahı naminə fəaliyyətini davam etdirəcəyinə söz verən Baş nazir Anibal Torresin istefasını qəbul etmədim”, - dövlət başçısı bildirib.

Torres Vazkes fevralın 8-də vəzifəsinin icrasına başlayıb və ötən ilin iyulundan Kastilyonun prezidentliyi dövründə Nazirlər Şurasının dördüncü sədri olub.

Son xəbərlər

Orphus sistemi