Peru parlamenti prezidentin impiçmenti məsələsini müzakirə edir

Digər ölkələr
  • 01 oktyabr, 2019
  • 02:19
Peru parlamenti prezidentin impiçmenti məsələsini müzakirə edir

Peru Konqresi (birpalatalı parlament) prezident Martin Viskarranın - daha əvvəl qanunverici orqanın buraxdığını elan edən dövlət başçısının impiçmenti prosesinin başlanğıcı ilə bağlı təklifin müzakirəsinə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, parlament zalından yayım Konqresin "YouTube"-dakı kanalında aparılır.

Təklif parlamentdə parlamentdə 130 yerdən 73-ə sahib "Xalq gücü" Partiyasından olan Eni Vilkatom tərəfindən irəli sürülüb. "Qətnamədə bildirilir ki, Konqress Martin Viskarranı mənəvi qabiliyyətsiz (prezidentin vəzifəsini tutmaqda) elan edir", - deyə Konqresin sədri Pedro Olaeçea bildirib.

Viskarra onun parlament üzvlərinin Konstitusiya məhkəməsi üzvlərinin seçilməsinə qədər Perunun Nazirlər şurasına etimad məsələsinə baxmaqdan imtina etmələrindən sonra Konqresi buraxmaq qərarını elan edib.