Peru prezidenti Martin Viskarra Konqresi (ölkənin birpalatalı parlamenti-red) buraxdığını elan edib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Mən konstitusiyaya uyğun olaraq Konqresi buraxmağa və seçkiləri çağırmağa qərar verdim", - o deyib.
Dövlət başçısının videomüraciəti "Facebook"da yayımlanıb.