Bakı. 21 iyul. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi Ukrayna hakimiyyətinə ölkənin müdafiəsi üçün 200 milyon dollar ayırdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun saytında bildirilib.
"Bu vəsait Ukrayna silahlı qüvvələrinin müdafiə potensialının qurulması üçün ayrılıb", - deyə məlumatda qeyd edilir. Vəsait komanda strukturunun, xəbərdarlıq və hərbi-tibb sisteminin gücləndirilməsinə xərclənəcək.
Pentaqonun siyahısında letal silahlar yoxdur.