Pentaqon Suriyadakı hərbi bazaya zərbə endirməsi barədə xəbəri təkzib edib

Pentaqon Suriyadakı hərbi bazaya zərbə endirməsi barədə xəbəri təkzib edib Bakı. 9 aprel. REPORT.AZ/ Suriyanın Homs vilayətində, Tayfur ərazisindəki T-4 hərbi bazasına raket zərbələri endirilib.
Digər ölkələr
9 Aprel , 2018 05:59
Pentaqon Suriyadakı hərbi bazaya zərbə endirməsi barədə xəbəri təkzib edib

Bakı. 9 aprel. REPORT.AZ/ Suriyanın Homs vilayətində, Tayfur ərazisindəki T-4 hərbi bazasına raket zərbələri endirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "France Presse" bildirib.

SANA agentliyinin xəbərinə görə isə, Suriyanın Hava Hücumundan Müdafiə sistemi hücuma reaksiya verib. SANA hücumun ABŞ tərəfindən endirildiyini istisna etməyib.

Pentaqon isə öz növbəsində Suriyada hərbi bazaya zərbə endirməsi xəbəri təsdiq etməyib. Müdafiə Nazirliyinin rəsmisi hadisədən xəbərdar olduqlarını, lakin heç nəyi təsdiqləyə bilməyəcəklərini deyib. 

Son xəbərlər

Orphus sistemi