Pentaqon: Suriyada "təhlükəsizlik zonası"nın yaradılması barədə qərar qəbul edilməyib

Pentaqon: Suriyada "təhlükəsizlik zonası"nın yaradılması barədə qərar qəbul edilməyib "Belə konsepsiya mövcuddur"
Digər ölkələr
26 Yanvar , 2018 01:16
Pentaqon: Suriyada təhlükəsizlik zonasının yaradılması barədə qərar qəbul edilməyib

Bakı. 26 yanvar. REPORT.AZ/ Suriyanın şimalında, Türkiyə ilə sərhəddə "təhlükəsizlik zonası"nın yaradılması barədə qərar qəbul edilməyib. Belə konsepsiya nəzərdən keçirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Kennet Makkenzi deyib.

"Biz türklərlə "təhlükəsizlik zonası" barədə danışmağa davam edirik. Bir neçə il ərzində bunu nəzərdən keçirmişik. Yekun qərar hələ ki, yoxdur. Sərkərdələr bunu müzakirə edir", - deyə o bildirib.

Makkenzinin sozlərinə görə, belə konsepsiya mövcuddur. 

Son xəbərlər

Orphus sistemi