Pentaqon Şimali Koreyanı qlobal təhlükə adlandırıb

Pentaqon Şimali Koreyanı qlobal təhlükə adlandırıb "KXDR nüvə silahı və ballistik raketlər əldə etməyə cəhdləri səbəbindən qlobal təhlükəyə çevrilib"
Digər ölkələr
4 May , 2017 23:58
Pentaqon Şimali Koreyanı qlobal təhlükə adlandırıb

Bakı. 4 may. REPORT.AZ/ ABŞ Koreya Xalq Demokratik Respublikasını regional deyil, qlobal təhlükə adlandırıb.

"Report" xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Reymond Tomas deyib.

Onun sözlərinə görə, Pxenyanın davranışları "get-gedə daha da müəmmalı" olmağa başlayıb.

"KXDR əvvəllər regional təhlükə kəsb edirdi. İndi isə o, nüvə silahı və ballistik raketlər əldə etməyə cəhdləri səbəbindən qlobal təhlükəyə çevrilib", - deyə RİA "Novosti" Amerika generalının sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi