Pentaqon Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmaq imkanını nəzərdən keçirir

Pentaqon Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmaq imkanını nəzərdən keçirir ABŞ Müdafiə Nazirliyi Şərqi Avropadan - Rumıniya və Polşadan 10 minə qədər hərbçinin geri çağırmaq variantını müzakirə edir.
Digər ölkələr
8 aprel 2025 16:10
Pentaqon Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmaq imkanını nəzərdən keçirir

ABŞ Müdafiə Nazirliyi Şərqi Avropadan - Rumıniya və Polşadan 10 minə qədər hərbçinin geri çağırmaq variantını müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə “NBC News” ABŞ və Avropa ölkələrinin altı rəsmisinə istinadən xəbər verir.

Mümkün qərarın aid ola biləcəyi bölmələr ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin 2022-ci ildə Ukrayna ilə həmsərhəd olan ölkələrin müdafiəsini gücləndirmək məqsədilə yerləşdirdiyi 20 min hərbçinin bir hissəsidir.

Anonim qalmaq istəyən altı amerikalı və avropalı rəsmi bildiriblər ki, əgər Pentaqon təklifi dəstəkləsə, bu, Vaşinqtonun "Avropadakı uzunmüddətli müttəfiqlərindən imtina etməsi" ilə bağlı narahatlıqları gücləndirəcək.

Bildirilib ki, ABŞ-nin Şərqi Avropa ərazisindən çıxara biləcəyi hərbçilərin son sayı hələ razılaşdırılmayıb.

Orphus sistemi