Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır

Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır Pentaqon Rusiya, Çin və KXDR arasında artan hərbi-texniki əməkdaşlığın Asiya-Sakit okean regionunda vəziyyəti çətinləşdirdiyini və ABŞ-nin təhlükəsizliyini təhdid etdiyini hesab edir.
Digər ölkələr
10 aprel 2025 23:49
Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır

Pentaqon Rusiya, Çin və KXDR arasında artan hərbi-texniki əməkdaşlığın Asiya-Sakit okean regionunda vəziyyəti çətinləşdirdiyini və ABŞ-nin təhlükəsizliyini təhdid etdiyini hesab edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo bildirib.

“Çin, Rusiya və Şimali Koreya arasında artan hərbi əməkdaşlıq Hind-Sakit Okean regionunda təhlükəsizlik problemlərini şiddətləndirmək və gücləndirmək, təhlükəsizliyi zəiflətmək, gərginliyi artırmaq və regionda mübahisələri dərinləşdirməklə təhdid edir ”, - deyə o bildirib.

Paparo həmçinin qeyd edib ki, Rusiya 2021-ci ildən bəri Sakit Okean Donanmasını əhəmiyyətli dərəcədə modernləşdirib, sualtı qayıqların sayını artırıb və Berinq dənizindəki əməliyyatlarının coğrafiyasını genişləndirib.

Son xəbərlər

Orphus sistemi