Pentaqon rəhbərinin aparatının rəhbəri Kasper vəzifəsini tərk edəcək

Digər ölkələr
  • 25 aprel, 2025
  • 05:59
Pentaqon rəhbərinin aparatının rəhbəri Kasper vəzifəsini tərk edəcək

ABŞ müdafiə naziri Pit Heqsetin aparatının rəhbəri Co Kasper öz vəzifəsini tərk edir

“Report” xəbər verir ki, bu barədə cümə axşamı “Politico” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “Pentaqonda nüfuz uğrunda mübarizədə əsas rol oynayan” Kasper cümə axşamı iş günü başa çatdıqdan sonra ABŞ Müdafiə Nazirliyindəki işini dayandıracaq. Əvvəllər onun sadəcə Pentaqonda başqa vəzifəyə keçəcəyi güman edilsə də, hazırda Kasper lobbiçilik fəaliyyətinə və konsaltinqə qayıtmaq niyyətindədir.

Eyni zamanda, qəzet bildirib ki, o, müvəqqəti əsasda, ildə 130 gündən çox olmamaqla, Pentaqonu “dəstəkləməyə və məsləhət verməyə” davam edəcək.

“Politico”nun yazdığına görə, Kasper faktiki olaraq ABŞ Müdafiə Nazirliyinin üç yüksəkvəzifəli əməkdaşının işdən çıxarılmasının təşəbbüskarı olub: Pentaqon rəhbərinin aparatı rəhbərinin müavini Derin Selnik, müdafiə nazirinin müşaviri Den Koldvel və müdafiə nazirinin müavininin aparatının rəhbəri Kolin Kerrol. Nəşrin iddiasına görə, bəzi məmurlar bu işdən çıxarılmaları Kasperin hakimiyyəti mərkəzləşdirmək cəhdi kimi qiymətləndiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti