Pentaqon rəhbəri: USQ uğurlu əks-hücum üçün Rusiyanın müdafiəsində zəif nöqtə tapmalıdır

Pentaqon rəhbəri: USQ uğurlu əks-hücum üçün Rusiyanın müdafiəsində zəif nöqtə tapmalıdır Ukrayna hərbçiləri orduya uğurlu əks-hücum keçirməyə kömək edəcək qarşı tərəfin müdafiəsinin zəif nöqtələrini tapmalıdırlar.
Digər ölkələr
6 İyun , 2023 07:41
Pentaqon rəhbəri: USQ uğurlu əks-hücum üçün Rusiyanın müdafiəsində zəif nöqtə tapmalıdır

Ukrayna hərbçiləri orduya uğurlu əks-hücum keçirməyə kömək edəcək qarşı tərəfin müdafiəsinin zəif nöqtələrini tapmalıdırlar.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin videobrifinqdə deyib.

“Rusiyanın işğal etdiyi ərazilər boyunca müdafiə və bir çox hallarda dərindən müdafiə qurduğu hamıya məlumdur. Biz bir neçə sıra istehkam xəttini, xəndəkləri, “əjdaha dişlərini”, hazırlanmış mövqeləri və s. görürük”, - Ostin bildirib.

Eyni zamanda, ABŞ müdafiə nazirinin sözlərinə görə, Rusiya qüvvələri yetərincə uzun ərazidə hücumların qarşısını almağa məcbur qalırlar.

“Deməli, onlar (rusiyalılar - red.), təbii ki, hər yerdə güclü ola bilməzlər. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin əsgərləri istifadə edə biləcəkləri üstünlük nöqtələrini tapmalıdırlar”, - Pentaqonun rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi