ABŞ Müdafiə Nazirliyi beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin istehsalı, texniki xidməti, modernləşdirilməsi və istifadəsi üçün Lockheed Martin şirkəti ilə təqribən 5 milyard dollar dəyərində müqavilələr imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.
Belə ki, 3,91 milyard dollar dəyərində olan müqavilə bu təyyarələrin uçması üçün təlim sistemlərinin alınması, F-35-in sınaqdan keçirilməsi, onların istehsalı, yerləşdirilməsi, modernləşdirilməsi və texniki xidmətini əhatə edir.
1 milyard dollarlıq müqavilə, xüsusilə, F-35-ə xidmət göstərildiyi obyektlərin istismarının təmin edilməsi və bununla bağlı inkişafların həyata keçirilməsi, eləcə də təyyarənin proqram təminatının təkmilləşdirilməsi ilə bağlıdır.