Yuxarı
    Bağlamaq

    Pentaqon: İraqın bütün ərazisi İŞİD-dən əməli olaraq azad olunub

    Əl-Qaim şəhərinin azad olunması İŞİD-ə qarşı davam edən kampaniyanın mühüm mərhələsidir© Courtesy İmage

    Bakı. 4 noyabr. REPORT.AZ/ İraq qoşunları ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD terror təşkilatı tərəfindən işğal olunmuş bütün əraziləri demək olar ki, azad ediblər.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü koalisiya qərargahının yaydığı bəyanatda deyilir.

    "Əl-Qaim şəhəri və Suriya ilə əsas sərhəd keçidinin azad olunması İŞİD-ə qarşı davam edən kampaniyanın mühüm mərhələsidir. İraq qüvvələri indi beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-in ölkədə işğal etdiyi demək olar ki, bütün əraziləri azad ediblər", - deyə sənəddə qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi