Yuxarı

Pentaqon daxili elektron poçt sisteminin fəaliyyətini dayandırıb

ABŞ Müdafiə Nazirliyinin sistemində şübhəli aktivlik müşahidə edilib

Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi daxili yazışmalar üçün istifadə olunan elektron poçt sisteminin fəaliyyətini dayandırıb.

"Report"un Interfaks agentliyinə istinadən verdiyi məlumata görə, "sistemdə şübhəli aktivlik müşahidə edən" Pentaqon rəsmiləri, qərarın konkret səbəbini açıqlamaqdan boyun qaçırsa da, bildirilir ki, hazırda bu məsələ ilə kibertəhlükəsizlik bölməsinin mütəxəssisləri birbaşa məşğul olur.

Pentaqonun informasiya sisteminə dəymiş zərər barədə də məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi