Pentaqon: ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək

Pentaqon: ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək “Amerikalı hərbçilər Ukraynadakı hər hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək”
Digər ölkələr
28 Yanvar , 2022 23:03
Pentaqon: ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək

“Amerikalı hərbçilər Ukraynadakı hər hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin söyləyib.

“Prezident Cozef Bayden hərbi bölmələri Ukraynada əməliyyatlar aparmaq məqsədilə göndərmək niyyətində olmadığını aydın şəkildə bildirib”, - nazir vurğulayıb.

Bundan başqa, ABŞ Silahlı Qüvvələrinin Rəislər Qərargahı Komitəsinin sədri general Mark Millinin sözlərinə görə, hazırda Ukraynada ABŞ və NATO-nun bir neçə müşaviri və təlimçisi var.

Son xəbərlər

Orphus sistemi