Pentaqon: ABŞ Avropada 10,5 min hərbçini rotasiya edəcək

Pentaqon: ABŞ Avropada 10,5 min hərbçini rotasiya edəcək ABŞ yaxın həftələrdə Avropada təxminən 10 500 əsgərini rotasiya edəcək.
Digər ölkələr
14 May , 2022 06:04
Pentaqon: ABŞ Avropada 10,5 min hərbçini rotasiya edəcək
Courtesy İmage

ABŞ yaxın həftələrdə Avropada təxminən 10 500 hərbçini rotasiya edəcək.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

"Bu yerləşdirmə tamamilə bölmələrin dəyişdirilməsidir. Bölmələr öz yerləşdirmə yerlərinə qayıdacaqlar. Bu köçürmə gələn həftələrdə baş tutacaq", - Kirbi deyib.

Onun sözlərinə görə, qoşunlar Ukraynaya göndərilməyəcək.

"Bu hərəkətlər mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Həmin qüvvələr Ukraynada döyüşmək fikrində deyil", - sözçü qeyd edib.

Son xəbərlər

Orphus sistemi