Pens: "ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək"

Pens: "ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək" "Amerikanın qarşılaşdığı təhlükələr indiki qədər çox olmayıb"
Digər ölkələr
10 Fevral , 2017 08:10
Pens: ABŞ bütün düşmənlərini məhv etməyincə, sakitləşməyəcək

Bakı. 10 fevral. REPORT.AZ/ "Vaşinqton bütün düşmənlərini məhv etməyincə, sakitləşən deyil".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens deyib.

"Amerikanın qarşılaşdığı təhlükələr indiki qədər çox olmayıb. Lakin əmin ola bilərsiniz: prezident Tramp və onun administrasiyası və bu ölkə düşmənlər məhv edilməyincə, dayanmayacaq və ölkəmiz yenidən təhlükəsizlikdə olacaq", - deyə o əlavə edib.

Vitse-prezident terrorçuların qarşısını alacaqlarına vəd verib:

"İŞİD barbarları onların xilafət yaratmaq cəhdlərinə mane olan kəslərə qarşı amansız davranırlar. Və onlar biz dayandırmayınca dayanan deyillər. Biz isə onları dayandıracağıq".

Son xəbərlər

Orphus sistemi