Konqresin sədri: “ABŞ Prezidentinin rusiyalı həmkarı ilə münasibəti təhlükəlidir”

Konqresin sədri: “ABŞ Prezidentinin rusiyalı həmkarı ilə münasibəti təhlükəlidir” Bakı. 5 yanvar. REPORT.AZ/ “Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibəti təhlükəlidir”.
Digər ölkələr
5 Yanvar , 2019 10:25
Konqresin sədri: “ABŞ Prezidentinin rusiyalı həmkarı ilə münasibəti təhlükəlidir”

Bakı. 5 yanvar. REPORT.AZ/ “Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibəti təhlükəlidir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr palatasının (ABŞ Korqesinin Aşağı palatası) yeni sədri Nensi Pelosi MSNBC telekanalının Donald Trampla Vladimir Putinin münasibətləri barədə sualını cavablandırarkən deyib.

“Prezidentin (Donald Trampı nəzərdə tutur- red.) quldurlarla münasibəti bütün dünya üçün təhlükəlidir. Vladimir Putin? Ciddi soruşursuz? Fikrimcə, çox təhlükəlidir”, - Nensi Pelosi vurğulayıb.

Qeyd edək ki, Nensi Pelosi Nümayəndələr palatasının yeni sədri seçilib. O, 2019-2020-ci illərdə Aşağı palataya sədrlik edəcək. O, bu palatada 2003-cü ildən Demokratlar Partiyasına başçılıq edir. 2007-2011-ci illərdə Nümayəndələr məclisinə sədr seçilən ilk qadındır. 

Son xəbərlər

Orphus sistemi