Pekinin yeni aeroportunun buraxıcılıq qabiliyyəti artaraq ildə 100 milyon sərnişinə çatacaq

Pekinin yeni aeroportunun buraxıcılıq qabiliyyəti artaraq ildə 100 milyon sərnişinə çatacaq Yeni aeroport Pekinin cənubunda Dasin rayonunda yerləşir
Digər ölkələr
22 Noyabr , 2015 06:09
Pekinin yeni aeroportunun buraxıcılıq qabiliyyəti artaraq ildə 100 milyon sərnişinə çatacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Pekinin yeni aeroportunun buraxıcılıq qabiliyyəti artaraq, 2040-cı ildə 100 milyon sərnişinə çatacaq.

Sentyabrın sonunda Pekinin yeni aeroportunun 700 min kvadratmetr sahəni əhatə edən terminalının tikintisi başlanıb.

Gözlənildiyinə görə, aeroportun planlaşdırılan yeddi uçuş-enmə xəttindən dördü 2025-ci il üçün istifadəyə veriləcək. Bu zolaqlar ildə 620 min təyyarənin havaya qalxıb enməsinə xidmət edəcək. Yeni aeroportun illik buraxıcılıq qabiliyyəti 70 milyon sərnişin və 2 milyon ton yük təşkil edəcək.

Sərnişin dövriyyəsinin həcmi artaraq ildə 100 milyon nəfərə çatacaq, yeni hava limanından keçən yük dövriyyəsi 4 milyon tonadək artacaq. Həmin vaxtadək yeddi uçuş-enmə zolağının hamısını işə salmaq planlaşdırılır.

Yeni aeroport Pekinin cənubunda Dasin rayonunda yerləşir. Onun tikintisinə 2014-cü ilin dekabr ayında başlanılıb.

Son xəbərlər

Orphus sistemi