Pekində tüstü səbəbindən sarı həyəcan səviyyəsi elan olunub

Pekində tüstü səbəbindən sarı həyəcan səviyyəsi elan olunub Bu, təngnəfəsliyə və digər ciddi fəsadlara səbəb ola bilər
Digər ölkələr
27 Fevral , 2018 07:54
Pekində tüstü səbəbindən sarı həyəcan səviyyəsi elan olunub

Bakı. 27 fevral. REPORT.AZ/ Pekin şəhər (Çin) rəhbərliyi kifayət qədər uzunmüddətli fasilədən sonra paytaxtda havanın keyfiyyətinin kəskin pisləşməsi səbəbindən sarı həyəcan səviyyəsi elan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pekinin Ətraf mühitin Mühafizəsi üzrə bələdiyyə bürosu məlumat yayıb.

Bakı vaxtı ilə 04:00-a olan vəziyyətə görə, havada PM2.5 zərrəçiklərinin səviyyəsi bir kubmetrə 262 mikroqram təşkil edib.

Yerli hökumətin məlumatına görə, havada yüksək çirklənmə səviyyəsi hələ bazar ertəsi axşam qeydə alınıb və bu, xüsusilə havanın dərəcəsinin qalxması ilə əlaqəlidir.

Havada azı 2,5 mikron ölçüdə PM2.5 zərrəçiklərinin olması insan sağlamlığı üçün ciddi təhlükədir. Onlar havada duman təəssüratı yaradır və ağ ciyərlərə daxil olaraq təngnəfəsliyə və digər ciddi fəsadlara səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi