Yuxarı

Pekində ən yüksək duman xəbərdarlığı elan edilib

“Narıncı səviyyəli” xəbərdarlıq ikinci ən yüksək xəbərdarlıq hesab edilir və zavodların istehsalı azaltmasını tələb edir

Bakı. 29 noyabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində rəsmilər bu il ərzində ən yüksək duman xəbərdarlığını elan edib. "Report"un BBC-yə istinadən xəbər verir ki, bazar günü elan edilmiş “narıncı səviyyəli” xəbərdarlıq ikinci ən yüksək xəbərdarlıq hesab edilir və zavodların istehsalı azaltmasını tələb edir.

Havanın çirklənməsi Çinin paytaxtı və digər böyük şəhərlərində yaşayan və işləyən insanlar üçün xroniki sağlamlıq riski yaradır.

Çinin dövlət mətbuatı xəbər verir ki, “narıncı səviyyəli” xəbərdarlığın elan edilməsi, sənaye müəssisələrinin istehsalatı azaltmasını və ya dayandırmasını tələb edir.

Tikinti bölgələrinə materialları və ya tullantıları daşımaq icazəsi verilmir və şəhər yollarına ağır yük maşınlarının daxil olması qadağan edilib.

Məlumatlara görə, bəzi yerlərdə görünmə dərəcəsi bir neçə yüz metrə düşüb.

Kömürlə çalışan sənaye və istilik sistemləri, eyni zamanda tikinti meydanlarından qalxan toz, dumanın yaranmasına səbəb olub. Rütubət və küləksiz hava şəraiti də vəziyyəti daha da mürəkkəbləşdirir.

Çərşənbə günü gözlənilər soyuq hava kütləsinin vəziyyəti biraz yaxşılaşdıracağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi