Pekində elektrovelosipedin alovlanması nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb

Pekində elektrovelosipedin alovlanması nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb Qurğu enerji yığımı zamanı alovlanıb
Digər ölkələr
1367
13 Dekabr , 2017 07:05
Pekində elektrovelosipedin alovlanması nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində çərşənbə günü yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, daha 8-i yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidməti məlumat yayıb.

Hazırda yanğın söndürülüb, yaralılar yaxınlıqdakı xəstəxanalara göndərilib.

Polisin ilkin fərziyyəsinə görə, yanğına elektrik ötürücülü velosiped səbəb olub. Qurğu enerji yığımı zamanı alovlanıb.

Son xəbərlər

Orphus sistemi