Yuxarı
    Bağlamaq

    Pedro Aqramunt AŞPA Bürosunun iclasına gəlməyib

    Yaxın günlərdə AŞPA Bürosunun bununla bağlı bəyanat yayacağı gözlənilir

    Bakı. 28 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt bu ilin mart ayında Suriyaya səfər etməsi səbəbiylə istefa verə biləcəyi gözlənilən Assambleyanın nizamnamə orqanının - Büronun iclasına gəlməyib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Assambleya aparatındakı mənbə bildirib.

    Yaxın günlərdə AŞPA Bürosunun bununla bağlı bəyanat yayacağı gözlənilir.

    Assambleya aparatından qeyd olunub ki, AŞPA-da etimadsızlıq votumu proseduru yoxdur, istefa barədə qərarı isə AŞPA başçısının özü könüllü qəbul edə bilər. P.Aqramunt istefa verdiyini açıqlamayıbsa, o, Assambleyanın rəhbəri olaraq qalır.

    Xatırladaq ki, aprelin 24-də Assambleyanın işini açıq elan edərkən P.Agramunt Suriyaya səfərinin səhv olduğunu bildirib. Aprelin 25-də Assambleyada parlament dinləmələr keçirilib və prezidentə səfəri ilə bağlı müəyyən suallar verilib. O, çıxışı zamanı aprelin 28-də statusu ilə bağlı bəyanatla çıxış edəcəyini açıqlayıb. Bundan sonra o, AŞPA-nı tərk edib və Assambleyanın iclaslarında görünməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi