​Fransadakı partlayışlarla əlaqədar İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib

​Fransadakı partlayışlarla əlaqədar İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib Ölkənin daxili işlər naziri Ancelino Flfano bu barədə göstəriş verib
Digər ölkələr
14 Noyabr , 2015 04:34
​Fransadakı partlayışlarla əlaqədar İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Cümə günü Fransanın paytaxtı Parisdə törədilən silsilə terror aktları ilə əlaqədar olaraq İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" xəbər verir ki, ölkənin daxili işlər naziri Ancelino Alfano Apennində ictimai təhlükəsizliyin dərhal gücləndirilməsi üçün göstəriş verib.

KİV-in məlumatına görə, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ən azı 60 nəfər ölüb, onlarla insan yaralanıb. Eyni zamanda 100 nəfər terrorçular tərəfindən "Bataklan" konsert mərkəzində girov götürülüb.

"Bizim anti-terror bölmələrimizin nümayəndələri fransalı həmkarları ilə mütəmadi əlaqə saxlayır, eləcə də, sonrakı qabaqlayıcı tədbirlərin görülməsi üçün Fransada baş verən hadisələri müstəsna diqqətlə izləyirlər", — deyə yerli KİV DİN rəhbərinin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi