Parisdə törədilən terror aktlarının təşkilatçısı öldürülüb

Parisdə törədilən terror aktlarının təşkilatçısı öldürülüb Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb
Digər ölkələr
18 Noyabr , 2015 22:47
Parisdə törədilən terror aktlarının təşkilatçısı öldürülüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Parisdə baş verən qanlı terror aktlarının təşkilatçısı 27 yaşlı Abdelhamid Əbaaud məhv edilib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Rəsmi olaraq təsdiqlənməyən məlumata əsasən, A.Əbaaud Paris yaxınlığında keçirilən əməliyyat nəticəsində polis tərəfindən məhv edilib. Yeddi saat davam edən əməliyyatda yüzə yaxın qanun keşikçisi iştirak edib.

 Parisdə törədilən terror aktları nəticəsində 129 nəfər ölmüşdü, 352 nəfər yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi