Parisdə pələng sirkdən qaçıb

Parisdə pələng sirkdən qaçıb Yırtıcı şəhərin mərkəzində güllələnib
Digər ölkələr
25 Noyabr , 2017 01:48
Parisdə pələng sirkdən qaçıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Ötən gün Parisin 15-ci dairəsində yerləşən səyyar sirkdən pələng qaçıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Yırtıcı şəhər mərkəzinə yönəlib və Qarilyano körpüsü yaxınlığında, daima uşaqlı anaların istirahət etdiyi Anri Sitroen adına parkın bir neçə yüz metrliyində sirk əməkdaşları tərəfindən güllələnib.

Son xəbərlər

Orphus sistemi