Fransada silahlı kişi girov götürdüyü şəxslərdən birini azad edib

Fransada silahlı kişi girov götürdüyü şəxslərdən birini azad edib 50 yaşlı kişinin psixi pozğunluqdan əziyyət çəkdiyi və Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyi bildirilir
Digər ölkələr
21 Dekabr , 2021 02:03
Fransada silahlı kişi girov götürdüyü şəxslərdən birini azad edib

Fransa paytaxtı Parisin 12-ci dairəsində iki qadını girov götürən bıçaqlı kişi onlardan birini buraxıb.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, silahlı şəxs 6 saatlıq danışıqlardan sonra girovlardan birini azad edib. Girovluqdan azad edilən qadının hadisə vaxtı zərər çəkmədiyi məlum olub. Hazırda danışıqlar davam edir. 

Hadisə Aliqr küçəsində yerləşən mağazada baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar 50 yaşlı kişidir, o, psixi pozğunluqdan əziyyət çəkir. O, Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyini bildirib.

Hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi cəlb olunub.

20.12.2021. 20:54

Fransa paytaxtı Parisin 12-ci dairəsində bıçaqlı kişi iki qadını girov götürüb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə Aliqr küçəsində yerləşən mağazada baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 50 yaşlı kişi psixi pozğunluqdan əziyyət çəkir. Onun Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyi bildirilir.

Hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi gəlib.

Son xəbərlər

Orphus sistemi