Fransada silahlı kişi girov götürdüyü şəxslərdən birini azad edib

Digər ölkələr
  • 20 dekabr, 2021
  • 22:03
Fransada silahlı kişi girov götürdüyü şəxslərdən birini azad edib

Fransa paytaxtı Parisin 12-ci dairəsində iki qadını girov götürən bıçaqlı kişi onlardan birini buraxıb.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, silahlı şəxs 6 saatlıq danışıqlardan sonra girovlardan birini azad edib. Girovluqdan azad edilən qadının hadisə vaxtı zərər çəkmədiyi məlum olub. Hazırda danışıqlar davam edir. 

Hadisə Aliqr küçəsində yerləşən mağazada baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar 50 yaşlı kişidir, o, psixi pozğunluqdan əziyyət çəkir. O, Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyini bildirib.

Hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi cəlb olunub.

20.12.2021. 20:54

Fransa paytaxtı Parisin 12-ci dairəsində bıçaqlı kişi iki qadını girov götürüb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə Aliqr küçəsində yerləşən mağazada baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 50 yaşlı kişi psixi pozğunluqdan əziyyət çəkir. Onun Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyi bildirilir.

Hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi gəlib.

44 filmi