Parisdə fermerlərin aksiyasında Avropa İttifaqının bayrağı tapdalanıb

Parisdə fermerlərin aksiyasında Avropa İttifaqının bayrağı tapdalanıb Fransanın paytaxtı Paris şəhərində, Eyfel qülləsinin qarşısındakı fransalı fermerlərə dəstək və Avropa Birliyinin siyasətinə qarşı kütləvi nümayiş keçirilib.
Digər ölkələr
4 Fevral , 2024 04:15
Parisdə fermerlərin aksiyasında Avropa İttifaqının bayrağı tapdalanıb

Fransanın paytaxtı Paris şəhərində, Eyfel qülləsinin qarşısındakı fransalı fermerlərə dəstək və Avropa Birliyinin siyasətinə qarşı kütləvi nümayiş keçirilib.

“Report” “TASS”a istinadən xəbər verir ki, aksiyanın sonuna yaxın aksiyanın təşkilatçısı, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot səhnəyə çıxanda onu fermerlər təqdim ediblər.

Onlar böyük Avropa İttifaqının bayrağını çıxarıblar, onu təntənəli şəkildə cırıb, sonra izdihamın alqışları altında ayaqlarının altında tapdalayıblar.

Qeyd edək ki, Fransada aqrar sektorun nümayəndələri kütləvi etiraz aksiyasını davam etdirir və ölkənin iri şəhərləri yaxınlığında nəqliyyatın hərəkətini bloklayırlar. Fermerlər vergilərin artırılmasına və kənd təsərrüfatı texnikası üçün yanacağın yüksək qiymətlərinə qarşı çıxır, həmçinin Fransa və Aİ-də ekoloji standartlarla bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi