Parisdə etiraz aksiyası zamanı 23 nəfər saxlanılıb

Digər ölkələr
  • 17 fevral, 2019
  • 02:00
Parisdə etiraz aksiyası zamanı 23 nəfər saxlanılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Parisdə "sarı jiletlilər"in etiraz aksiyası zamanı azı 23 nəfər polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən "France Info" məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Paris küçələrinə ümumilikdə təqribən 3 min nümayişçi çıxıb.

44 filmi