Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanılıb - VİDEO

Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanılıb - VİDEO Bakı. 19 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə sarı jiletlilərin onuncu etiraz aksiyası dalğası zamanı azı 12 nəfər saxlanılıb.
Digər ölkələr
19 Yanvar , 2019 18:37
Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanılıb - VİDEO
Al-Arabiya

Bakı. 19 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"in onuncu etiraz aksiyası dalğası zamanı azı 12 nəfər saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, onların saxlanılmasına üzərilərində potensial olaraq silah kimi istifadə edilə bilən qadağan olunmuş əşyaların aşkar edilməsi səbəb olub.

Eyni zamanda, bəzi nümayişçilərin fişəng və tüstü şaşkası yandırmasına baxmayaraq, qanun keşikçiləri bildiriblər ki, budəfəki mühiti dinc kimi xarakterizə etmək olar.

Daha əvvəl Fransada "sarı jiletlilər"in aksiyası zamanı 24 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi