Yuxarı

​Parisdə bayram hərbi paradı keçirilib

Paradı Fransua Olland qəbul edib

Bakı. 14 iyul. REPORT.AZ/ Parisdə Yelisey çölündə Fransa milli bayramı münasibətilə irimiqyaslı hərbi parad keçirilib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bayram tədbirində 3,5 min hərbçi, polis əməkdaşı, jandarm və yanğınsöndürmə xidmətinin xilasediciləri iştirak edib. Parada 55 təyyarə, 31 vertolyot, 208 mühərrikli texnika, o cümlədən zirehli maşın, hərbi qoşqu, xüsusi hərbi mühəndis texnika, yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.

Hərbi paradı Fransa prezidenti Fransua Olland hərbi orkestrin fanfar musiqisinin ifası altında qəbul edib.

Tədbirdə Latın Amerikasını ilk dəfə olaraq Meksikadan olan müdavimlər təmsil ediblər.

Qeyd edək ki, bu gün Fransada Bastiliya qalasının alınması günüdür. Parisdə yerləşən bu qala1370-1382-ci illərdə tikilib. XV əsrdən həm də dövlət həbsxanası olub. XVI əsrin sonlarından Bastiliyada əsasən mütləqiyyətə düşmən olan dustaqlar saxlanılıb. 1789-cu il iyulun 14-də Paris üsyançıları mütləqiyyətin rəmzi olan Bastiliyanı hücumla alıblar. Bu, Böyük Fransa inqilabının başlanğıcı olub. 1880-ci ildən Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi