Yuxarı

​Parisdə baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs tutulub

Şübhəli şahid ifadələri və videoyazıdakı kadrlara əsasən saxlanılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərinin şimalında baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

"Report" "France Press"ə istinadən xəbər verir ki, şübhəli 30 yaşlı kişidir və o, Parisin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Briqadasının əməkdaşları tərəfindən tutulub. Onun yanğın baş verən zaman hadisə yerində olduğu ehtimal edilir.

Şübhəli şahid ifadələri və videoyazıdakı kadrlara əsasən saxlanılıb və hazırda dindirilir.

Qeyd edək ki, sentyabrın 2-də səhər saatlarında Parisin şimalında XVIII dairədə baş verən yanğın nəticəsində 8 nəfər ölüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil. Yanğın olan əraziyə Fransanın daxili işlər naziri Bernar Kaznev və prefektin polis rəisi Mişel Kado gedib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi