Parisdə atışma nəticəsində ölən polislərin sayı 2-yə çatıb, 3 metrostansiya bağlanıb - VİDEO - YENİLƏNİB

Parisdə atışma nəticəsində ölən polislərin sayı 2-yə çatıb, 3 metrostansiya bağlanıb - VİDEO - YENİLƏNİB Atəş açan şəxs zərərsizləşdirilib
Digər ölkələr
120
21 Aprel , 2017 00:36
Parisdə atışma nəticəsində ölən polislərin sayı 2-yə çatıb, 3 metrostansiya bağlanıb - VİDEO - YENİLƏNİB

Bakı. 20 aprel. REPORT.AZ/ Parisin mərkəzində baş verən atışma nəticəsində ölən polislərin sayı 2 nəfərə çatıb.

"Report" xəbər verir ki, silahlı insident zamanı yaralanan polis əməkdaşı dünyasını dəyişib.

Bundan əlavə, şəhər metrosunun hadisənin baş verdiyi əraziyə yaxın üç stansiyası – "1 George V", "Roosevelt" və "Champs-Elysees-Clemence" bağlanıb.

***23:39/20 aprel

Fransanın paytaxtı Parisdə atışma nəticəsində bir polis əməkdaşı ölüb, onun həmkarı isə yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident cümə günü axşam, Yelisey çölləri ərazisində baş verib.

Atəş açan şəxs zərərsizləşdirilib.

Polis Departamentinin "Twitter" səhifəsində bildirilir ki, həmin ərazidə əməliyyat aparılır. Əraziyə vertolyot cəlb olunub.

Polis əhalini hadisə yerindən uzaq durmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi