​Paraqvayda iki almaniyalı fermer qətlə yetirilib

​Paraqvayda iki almaniyalı fermer qətlə yetirilib Onlar yerli yaraqlılar tərəfindən oğurlanaraq öldürülüblər
Digər ölkələr
30 Yanvar , 2015 07:42
​Paraqvayda iki almaniyalı fermer qətlə yetirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən gün Paraqvayın şimalında 30 il fermer təsərrüfatı ilə məşğul olan almaniyalı kişi və qadının meyiti aşkar edilib.

"Report" xəbər verir ki, onlar ehtimal ki, yerli yaraqlılar tərəfindən oğurlanıb və güllələniblər.

Fermanın daha dörd işçisi isə yaraqlıların əlindən qaçmağa müvəffəq olub.

Onların cəsədi paytaxt Asunsona gətirilib və daha sonra Almaniyaya göndəriləcək.

Hökumət məmurları bəyan ediblər ki, əsgərlər cəsədləri partizan dəstələrinin döyüşçüləri ilə atışmadan sonra aşkar ediblər.

Təhqiqatçıların məlumatına görə, üsyançılar guya meşələrin mütəşəkkil şəkildə qırılmasının cəzası olaraq kasıblar üçün pul və qida tələb ediblər. "Associated Press"in məlumatına görə, fermerlərdən 300 min dollar tələb olunub.

Son xəbərlər

Orphus sistemi