Paraqvay prezidenti denqe qızdırması xəstəliyinə yoluxa bilər

Paraqvay prezidenti denqe qızdırması xəstəliyinə yoluxa bilər Paraqvay prezidenti Mario Abdo Benitez denqe qızdırması xəstəliyinə yoluxa bilər.
Digər ölkələr
22 Yanvar , 2020 01:17
Paraqvay prezidenti denqe qızdırması xəstəliyinə yoluxa bilər

Paraqvay prezidenti Mario Abdo Benitez denqe qızdırması xəstəliyinə yoluxa bilər.

“Report” xəbər verir ki, bu barədə “ABC Color” televiziyasına müsahibəsində ölkənin Səhiyyə naziri Xulio Massoleni deyib.

Nazir prezidentin xəstəliyə tutulma ehtimalını istisna etməyib və bildirib ki, laboratoriya müayinələrinin nəticələrindən sonra konkret addımlar atılacaq.

Onun sözlərinə görə, dövlət başçısı iki gün ərzində istirahət edəcək: “ Prezident onun üçün xarakterik olmayan narahatlığının olduğunu bildirdi və biz tam müayinə aparmaq üçün paytaxta qayıtmaq qərarına gəldik. Şübhəsiz ki, denqe qızdırması xəstəliyi üçün bu xarakterik kliniki haldır”. 

Son xəbərlər

Orphus sistemi