Paraqvay prezidenti bütün nazirlərin istefasını istəyib

Paraqvay prezidenti bütün nazirlərin istefasını istəyib Prezident kabinetindəki bütün nazirlərdən istefaları barədə ərizələrini istəyib
Digər ölkələr
7 Mart , 2021 05:00
Paraqvay prezidenti bütün nazirlərin istefasını istəyib

Paraqvay respublikasının prezidenti Mario Abdo Benitez ölkədə etiraz aksiyaları başladıqdan sonra bütün nazirlərdən hökumətdə dəyişiklik etmək üçün istefa etmələrini istəyib.

“Report” xəbər verir, bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Manuel Brunetti məlumat verib.

“Prezident vətəndaşları eşitdi. Kabinetindəki bütün nazirlərdən istefaları barədə ərizələrini ona təqdim etmələrini istəyib. Dövlət başçısı baş verəcək dəyişikliyi elan edəcək”-deyə, nazir bildirib.

Qeyd edək ki, Paraqvayda baş verən etiraz aksiyalarında bir nəfər ölüb, 20-dən çox etirazçı yaralanıb.

Son xəbərlər

Orphus sistemi