Bakı. 15 mart. REPORT.AZ/ Fevralın 26-da Papua-Yeni Qvineyada baş vermiş güclü zəlzələ nəticəsində azı 125 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin rəsmi polis nümayəndəsinə istinadən Yeni Zelandiya radiosu məlumat yayıb.
"Bizdə olan məlumatlara görə, Sauzern-Haylends əyalətində 45 nəfər, Hela əyalətində isə 80 nəfər ölüb", - deyə o bildirib və əlavə edib ki, 35 mindən çox insan evsiz qalıb.
Polis nümayəndəsi ölənlərin sayının çox güman ki, artacağını qeyd edib.
Avstraliyalı seysmoloqların məlumatına görə, fevralın 26-da Yeni Qvineya adasının şərqində 7,5 maqnituda zəlzələ baş verib. Onun ocağı yerin 9 km dərinliyində olub.